Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kasım-Jomart Tokayev prezident seçkilərində səs verib

Kasım-Jomart Tokayev prezident seçkilərində səs verib

Tarix: 9 Iyun 2019 09:44

Bakı. Trend:

"Nur Otan" partiyasından perzidentliyə namizəd Kasım-Jomart Tokayev ölkədə keçirilən prezident seçkilərində səs verib.

Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, Kasım-Jomart Tokayev Nur-Sultan şəhərində "Astana Opera" teatrında təşkil edilmiş 115 nömrəli seçki məntəqəsində səs verib.

Xatırladaq ki, bu gün Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar yerli vaxtla saat 07:00-da səsvermə başlayıb.

Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək.

Qazaxıstan ərazisində və onun kənarında 9 968 seçki məntəqəsi yaradılıb. Ölkədə 11 814 019 vətəndaş səsvermə hüququna malikdir.


Etiketlər:  Kasım Jomart Tokayev prezident seçkilərində səs verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ