Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 17:44
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejimi ilə bağlı yumşalma tədbirləri davam edərsə, iyunun 1-dən milli parklar ziyarətçilər üçün açılacaq.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
Nazir xatırladıb ki, mart ayından - karantin tədbirləri tətbiq olunduğu vaxtdan Milli parklar ziyarətçilər üçün bağlanıb.