Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna millisinin futbolçusu döyüldü

Ukrayna millisinin futbolçusu döyüldü

Tarix: 21 May 2020 18:16

Futbol üzrə Ukrayna milli komandasının və Kiyev "Dinamo"sunun futbolçusu Artyom Besedin içki məclisində birlikdə əyləndiyi şəxslər tərəfindən döyülüb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, görüntülər "Jestyakovıy sport" (qəddar idman) "YouTube" kanalında yayımlanıb.

Hadisənin 2016-cı ildə baş verdiyi qeyd olunub.

Çəkilən videogörüntüdə futbolçunun üzündən aldığı yumruq zərbəsi nəticəsində dodağının qana boyandığı aydın görünür.

Qeyd edək ki, Artyom Besedin Ukrayna milli komandasının heyətində keçirdiyi 13 oyunda iki dəfə fərqlənməyə fürsət tapıb.


Etiketlər:  Ukrayna millisinin futbolçusu döyüldü


RƏYLƏR