Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Azarkeşsiz futbol oynamaq bacınla rəqs etməkdən daha kədərlidir" - Millinin baş məşqçisi

Tarix: 21 May 2020 20:06

İspaniya millisinin baş məşqçisi Luis Enrike ölkədə mövsümün bərpa olunmasını istəyir.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, ispan çalışdırıcı azarkeşsiz futbolun isə tərəfdarı deyil. Enrike açıqlamasında qeyd edib:

"Ən qısa müddət ərzində futbolun qayıtmasını istəyirəm. Qorxmuram, öz adıma virusdan narahat deyiləm, amma bunun yaşlı insanlar və sağlamlığında problem olanlara təsir edə biləcək gücdə olduğunu bilirəm. Bir məşqçi kimi, futbolun geri dönməsinin tərəfdarıyam.

Azarkeşsiz oynamağa gəlincə, bu, öz bacınla rəqs etməkdən daha kədərlidi. Həftə sonu Bundesliqanın bir neçə matçını izlədim. Kədərli mənzərə idi. Amma unutmamalıyıq ki, bu, böyük biznesdi. Bilirəm, futbolun qayıdışı insanlara məhdudiyyətlərin öhdəsindən gəlməkdə müəyyən mənada yardımçı ola bilər. Lakin belə bir şəraitdə futbol və basketbol izləmək qəribədi".

La Liqa koronavirus pandemiyası səbəbindən 12 martda dayandırılıb. Mövsümün 12 iyunda bərpa olunacağı bildirilir.

Milli.Az


Etiketlər:  Azarkeşsiz futbol oynamaq bacınla rəqs etməkdən daha kədərlidir Millinin baş məşqçisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ