Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rekord sayda məlumat oğurlamaqda şübhəli bilinən haker həbs olundu

Rekord sayda məlumat oğurlamaqda şübhəli bilinən haker həbs olundu

Tarix: 21 May 2020 21:56

Ukraynanın Təhlükəsizlik Xidməti müxtəlif ölkə vətəndaşlarının rekord sayda fərdi məlumatlarını oğurlamaqda şübhəli bilinən hakeri həbs edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda Ukrayna rəsmiləri məlumat yayıb.

Qeyd edək ki, həmin məlumatları oğurlayan haker Sanix ləqəbi ilə məşhurdur.

Sözügedən haker kibertəhlükəsizlik üzrə mütəxəssislərin ötən il diqqətini çəkərək, böyük müzakirəyə səbəb olub.

O, Sanix haker forumlarının birində 773 milyon elektron poçt ünvanını və 21 milyon unikal şifrəni satışa çıxardığını elan etmişdi. Mütəxəssislər vurğulayırlar ki, bu, ən böyük kütləvi informasiya oğurluğu hesab olunur. Eyni zamanda, qeyd olunur ki, hakerin satışa çıxardığı fərdi məlumatlar onun oğurladığı məlumatların sadəcə bir qismidir.

Ukraynanın kibertəhlükəsizlik üzrə mütəxəssisi oğurlanan məlumatlar arasında login, şifrə, elektron poçt ünvanları şifrəsini, bank kartlarına aid pin kodlar, kriptovalyutaya aid elektron pul kisəsi, PayPal sistemi vasitəsi ödənişlərin hesab nömrələri, həmçinin kompüterlər haqqında məlumat aşkarlayıb.

Milli.Az


Etiketlər:  Rekord sayda məlumat oğurlamaqda şübhəli bilinən haker həbs olundu


RƏYLƏR