Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya klubunda daha iki nəfər koronavirusa yoluxdu

Almaniya klubunda daha iki nəfər koronavirusa yoluxdu

Tarix: 22 May 2020 16:58

Almaniyanın “Dinamo” (Drezden) klubunda daha iki nəfərdə koronavirus aşkarlanıb.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Koronavirusa yoluxanlardan birinin futbolçu, digərinin isə klub işçisi olduğu bildirilib. Həmin şəxslərin adı açıqlanmayıb.

Daha əvvəl koronavirusa yoluxduğu açıqlanan iki nəfərin növbəti testi isə neqativ nəticələnib.

Koronavirusa yoluxan şəxslərin karantinə alındığı və növbəti həftələrdə yenidən testin keçiriləcəyi bildirilib.

 


Etiketlər:  Almaniya klubunda daha nəfər koronavirusa yoluxdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ