Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağstafada 6 piyada əleyhinə mina aşkarlanıb - FOTO

Ağstafada 6  piyada əleyhinə mina aşkarlanıb - FOTO

Tarix: 23 May 2020 07:20

Mayın 22-si saat 11:55-də Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Köhnəqışlaq kəndi ərazisində 6 ədəd partlamamış piyada əleyhinə minanın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Milli.Az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 6 ədəd piyada əleyhinə OZM-72 minası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Piyada əleyhinə minaların ətrafında 100 kv.m əraziyə yerüstü, 25 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar - 22 may 2020-ci il tarixlərində 126 siqnal (əməliyyat çağırışı) əsasında 112 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Sabirabad, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilib, 338 ədəd partlamamış hərbi sursat (PHS), 11 ədəd piyada əleyhinə mina, 16 ədəd tank əleyhinə mina və 6 569 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilib, 56 505 kv.m ərazi yerüstü və 7 376 kv.m ərazi yeraltı yoxlanılıb.

Milli.Az


Etiketlər:  Ağstafada 6 piyada əleyhinə mina aşkarlanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ