Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda quldur dəstə taksi sürücüsünə hücum etdi

Bakıda quldur dəstə taksi sürücüsünə hücum etdi

Tarix: 23 May 2020 09:36

Bakı. Samir Əli - Trend:

Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxslər yaxalanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Binəqədi qəsəbəsində baş verib. Bakı şəhər sakini Xəyyam Arıqovun idarə etdiyi "Xəzər" markalı avtomobilə 3 nəfər naməlum şəxs əyləşərək onu hədələyib. Həmin şəxslər onun 100 manatını alaraq hadisə yerindən qaçıblar.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi, Suraxanı rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü( narkotik maddələrin qanunsuz dövriyyəri) maddəsilə həbs olunmuş 1992-ci il təvəllüdlü İsa Məmmədov, 1977-ci il təvəllüdlü Samir Mustafayev və 1992-ci il təvəllüdlü Namiq Abbasov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.


Etiketlər:  Bakıda quldur dəstə taksi sürücüsünə hücum etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ