Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alibaba şirkəti tərəfindən süni intellekt sisteminə 1,4 milyard dollar yatırım ediləcək

Alibaba şirkəti tərəfindən süni intellekt sisteminə 1,4 milyard dollar yatırım ediləcək

Tarix: 23 May 2020 20:52

Alibaba Group Holding süni intellektə və əşyaların internetinə təxminən 1,41 milyard dollar investisiya edəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkətin əsas məqsədi smart səsucaldıcı məhsulu olan Tmall Genie-ni inkişaf etdirməkdir.

İlk Tmall Genie modeli 2017-ci ildə buraxılıb. Cihaz səs interfeysi vasitəsilə istifadəçilərlə qarşılıqlı əlaqə qura bilər. Səs yazılarını ifa etməyə, hava proqnozlarını bildirməyə və digər oxşar funksiyaları yerinə yetirməyə qadirdir.

Bu illər ərzində şirkət bir neçə model, o cümlədən displeyləri olan cihazları buraxıb. Ötən həftə elan edilən son model 10 düymlük ekrana sahibdir və qiyməti 80 dollardan aşağıdır. Alibaba Çinin "ağıllı" dinamik bazarında Xiaomi və Baidu ilə rəqabət aparır.

Canalys analitiklərinin fikrincə, keçən il Alibaba 16,8 milyon "ağıllı" dinamik, Baidu 17,3 milyon satışa çıxarıb.

Milli.Az


Etiketlər:  Alibaba şirkəti tərəfindən süni intellekt sisteminə 14 milyard dollar yatırım ediləcək


RƏYLƏR