Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xiaomi ilk üç ayda neçə ədəd smartfon istehsal edib?

Xiaomi ilk üç ayda neçə ədəd smartfon istehsal edib?

Tarix: 23 May 2020 21:12

Xiaomi şirkəti bu ilin birinci rübünə dair hesabat paylaşıb. Hesabata görə, şirkət cari ilin ilk üç ayında təxminən 7 milyard dollar gəlir əldə edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,6% çoxdur. Lakin Xiaomi kompaniyasının təmiz gəliri 32,3% azalıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, qeyd olunan müddət ərzində şirkət tərəfindən 29,2 milyon smartfon istehsal edilib.

Bu rəqəm ötən illə müqayisədə 4,7% çoxdur. Qeyd edək ki, Canalys analitik şirkətinin məlumatına əsasən, Xiaomi birinci rüb ərzində smartfon bazarında 11,1% paya sahib olub.

Bununla da şirkət smartfon istehsalına görə dünya üzrə dördüncü yerdə qərarlaşıb. Xatırladaq ki, ilk üçlükdə Samsung, Apple və Huawei şirkətləri yer alıb.

Milli.Az


Etiketlər:  Xiaomi ilk üç ayda neçə ədəd smartfon istehsal edib


RƏYLƏR