Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2020 21:20
Apple şirkətini Siri səs köməkçisi vasitəsilə istifadəçilərini kütləvi şəkildə izləməkdə ittiham edirlər. Şirkətə qarşı təcili tədbir görmək tələb olunur.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda The Guardian nəşri məlumat yayıb.
Məlumat görə, şirkətdən sui-istifadə şikayətini Apple şirkətinin keçmiş subpodratçısı Thomas le Bonniec edib.
Thomas le Bonniec Amerika korporasiyası tərəfindən istifadəçi söhbətlərini qeyd və təhlil edildiyini bildirib: "Bununla da əhalinin təməl vətəndaş hüquqlarını pozurlar. Məlumatların toplanması və saxlanması ilə məşğul olan Avropa tənzimləyicilərinin bütün ofislərinə bununla bağlı müvafiq məktub göndərilib.
Onun sözlərinə görə, Siri səs köməkçisi, demək olar ki, davamlı olaraq istifadəçinin və onun ailəsinin danışıqlarını qeyd edir: "Mən şirkətin İrlandiyadakı ofisində çalışarkən insanların xərçəng xəstəliklərindən, ölən qohumlarından, dini, cinsi, siyasət və narkotik haqqında danışıqlarının Siri tərəfindən yazıldığının şahidi olmuşam".