Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təhlükəsizlik problemi yaşanan Zoom video xidmətinə alternativ tətbiqlər - SİYAHI

Təhlükəsizlik problemi yaşanan Zoom video xidmətinə alternativ tətbiqlər -  SİYAHI

Tarix: 23 May 2020 22:12

Dünya miqyasında tətbiq olunan özünü təcrid rejimi dönəmində Zoom istifadəçilərinin bir neçə dəfə proqramdan şikayət etdiklərinin şahidi oluruq. Sosial şəbəkələrdə yaranmış problemləri təhlil edən Downdetector portalı da ara-sıra Zoom proqramının "çökməsi" haqqında məlumat paylaşır. Proqram haqqında sonuncu problem may ayının 17-də müşahidə olundu. Problem əsasən ABŞ, Böyük Britaniya, İsrail, Polşa, Belçika, İsveçrə və Finlandiya ölkələrində qeydə alındı. 72% proqram istifadəçisi video konfrans zamanı çətinlik yaşadığını, 26% istifadəçi isə öz hesablarına daxil ola bilmədiyindən şikayət etdi. Bununla yanaşı, Zoom proqramının yetəri qədər təhlükəsizliyə cavab verməməsi haqqında da mütəmadi xəbərlər yayılır. Elə may ayının əvvəlində Cyble kibertəhlükəsizlik şirkətinin mütəxəssisləri rusdilli hakerin 500 Zoom istifadəçisinin fərdi məlumatları olduğunu bildirdilər. Böyük ehtimalla demək olar ki, bu kimi problemlər özünü təcrid rejiminin sonuna qədər davam edəcək. Qeyd edək ki, video konfrans üçün yalnız Zoom deyil, bir neçə başqa tətbiqlər də mövcuddur. Bunların sırasına Facetime (iOS istifadəçiləri üçün), WhatsApp, Wire, Google Meet, Skype Meet, Cisco Webex, həmçinin StarLeaf və Nextculd Talk və s. proqramlar daxildir.

Sonxeber.net ted.az-a istinadən Zoom proqramına alternativ və əlçatan olan tətbiqlərin siyahısını təqdim edir.

Microsoft Teams

Korporativ platforma 2017-ci ildə Microsoft şirkəti tərəfindən hazırlanıb. Xidmət çat funksiyaları, video zənglər, qrup və fərdi məlumatların saxlanması, bir neçə min iştirakçı üçün konfrans daxil olmaqla real vaxt rejimində işləmək üçün məhdudiyyətsiz giriş imkanı verir.

Google Duo

Google şirkətindən yüksək keyfiyyətli video chat proqramı. Məhsul 2016-cı ildə hazırlanıb, Android və iOS smart ekranları, smartfon, planşet, kompüter istifadəçiləri üçün nəzərdə tutulub. Eyni anda 12-dək istifadəçi söhbətdə qoşula bilər, son şifrələmədən istifadə edərək yalnız bir istifadəçi ilə əlaqə qurarkən məxfiliyə zəmanət verilir.

Google Meet

Google şirkəti video konfrans üçün daha bir xidmətə sahibdir. Bu yaxınlarda şirkət bütün istifadəçilər üçün xidməti pulsuz etdi. Əvvəllər servis yalnız GSuite və GSuite for Education biznes hesabları üçün ödənişsiz idi. Gmail-dən istifadə edərək Google Meet-ə üzv olmaq mümkündür. İndi istifadəçilər eyni vaxtda 100 nəfərlə 1 saata qədər video konfrans yarada bilərlər. Video görüşlər Google Diskdəki şifrələnib, qorunur.

FaceTime

Tətbiq Apple şirkəti tərəfindən 2010-cu ildə iPhone, iPad və ya iPod touch istifadəçilərinin səsli, eləcə də, video zəng etmələri üçün hazırlanıb. Tətbq iMac və MacBook-da da quraşdırıla bilər. Bu xidmət özəl və etibarlı hesab olunur, çünki Apple iki və ya daha çox cihaz arasında ötürülən məlumatları qorumaq üçün əvvəldən sonadək şifrələmədən istifadə edir. Tətbiqdən istifadə etmək üçün istifadəçinin FaceTime və ya Apple ID hesabı olmalıdır.

Messenger Rooms  

May ayında Feysbuk şirkəti qrup video çağırışı xidmətini istifadəyə verib. Video çatda vaxt məhdudiyyəti yoxdur, ona Feysbuk hesabı olmadan 50 nəfər əlavə etmək mümkündür. Qrup zəngləri Feysbuk, Messencer, WhatsApp və İnstaqram-da pulsuz olaraq istifadə oluna bilər. Bunun üçün zəng edənin bağlantını hər kəslə bölüşməsi kifayətdir.

VKontakte

VKontakte sosial şəbəkəsi 2014-cü ildə video zəng xidmətini istifadəyə verib. 2018-ci ildə iki nəfərin iştirakı ilə mobil cihazlarda video chat istifadəçilər üçün əlçatan olub. May ayında VKontakte iOS və Android üçün təhlükəsiz video zəngləri hazırladı. Konfransda eyni vaxtda səkkiz nəfərə qədər insan iştirak edə bilər.

Jisti Meet  

Ödənişsiz xidmət brauzerdə işlədiyi üçün istifadəçidən qeydiyyat tələb olunmur. 75 nəfər eyni vaxtda bir konfransda iştirak edə və təqdimatlar edə bilər. Tətbiq vasitəsilə YouTube-da video konfrans yayımlayaraq açıq mühazirələr də vermək mümkündür.
Təcrübəli istifadəçilər öz Jitsi Videobridge serverini yarada bilərlər.

Crayon bulud həlləri şirkətinin memarı Andrey Dubrovin: "Zoom kifayət qədər yeni bir şirkətdir. O, ilk dəfə 2013-2014-cü illərdə bazara çıxdı. Klassik Cisco və Microsoft-dan bir sıra üstünlüklərə malikdir, amma əsas odur ki, bu bulud məhsuludur, əlavə olaraq quraşdırılmasına ehtiyac yoxdur. Bundan əlavə, əlaqə prosesi mümkün qədər sadədir və Google və ya Feysbukda olduğu kimi hesab tələb etmir".

Uğurlu marketinq strategiyası Zoom-un pandemiya zamanı geniş populyarlıq qazanmasına kömək etdi: bütün işçilər uzaq işlərə, şagirdlər və tələbələr distant təhsilə keçdilər. Pandemiya fonunda video konfrans üçün sadə və rahat bir xidmət tələb olunurdu. Lakin platforma istifadəçilərinin sürətlə böyüməsi proqramda problem yaratdı. Bunlardan ən başlıcası təhlükəsizliklə bağlı olan qalmaqallardır. Bundan əlavə, xidmət bulud platformasına baxmayaraq, böyük bir trafikin öhdəsindən gəlmir.

Bu gün Zoom-a alternativ olan xidmətlər istifadəçilər üçün əlçatandır. Onların bəziləri, məsələn, Google və ya Microsoft, konfrans iştirakçılarının sayını artırıb, Feysbuk yeni video zəng mexanizmi yaradıb. Buna görə də, dəfələrlə təhlükəsizlik problemi yaşanan Zoom proqramından uzaqlaşmaq heç də faydasız görünmür.


Etiketlər:  Təhlükəsizlik problemi yaşanan Zoom video xidmətinə alternativ tətbiqlər SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ