Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Apple şirkəti Çindən olan məhsullarını sürətlə köçürməyə başlayıb

Apple şirkəti Çindən olan məhsullarını sürətlə köçürməyə başlayıb

Tarix: 23 May 2020 23:12

Apple şirkəti Çindən Hindistan və Vyetnama məhsul köçürməsini sürətləndirib. Bu addımla şirkət Çin və ABŞ arasındakı gərginlik vəziyyətdən yaranan risklərdən özünü qorumağa çalışır. Qeyd etmək lazımdır ki, ən çox iPhone Foxconn Çin zavodlarında yığılır.

Milli.Az ted.az-a istinadən bildirir ki, eyni zamanda Apple uzun müddət istehsalının böyük hissəsini başqa ölkələrə təhvil vermək qərarına gəlib. Çünki vyetnamlı işçilər şirkətə daha ucuz əmək haqqına başa gələcəklər.

Xatırladaq ki, bir müddət əvvəl Çin hakimiyyətinin ABŞ şirkətlərinə məhdudiyyətlər tətbiq etməyi planlaşdırdığını bildirmişdik. Əlbəttə ki, Apple şirkəti də bu siyahıda yer alır

Çin bununla da ABŞ-ın Huawei üçün çip tədarükünü çətinləşdirmək cəhdlərinə cavab vermək niyyətindədir.

Milli.Az


Etiketlər:  Apple şirkəti Çindən olan məhsullarını sürətlə köçürməyə başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ