Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2019 09:56
İyunun 3-4-də Tbilisidə keçirilən “ENOG 16” konfransında ekspertlər “IPv6” internet protokolundan istifadəyə keçmək təklifi ilə çıxış ediblər.
“ICTnews” Elektron Xəbər Xidməti “Regnum” resursuna istinadən yazır ki, “RIPE NCC” şirkətinin nümayəndəsi Maksim Burtikovun sözlərinə görə, bu gün “IPv6” protokolunun qlobal şəbəkədə payı 28,59 faiz təşkil edir. ABŞ və Hindistanda bu göstərici 36 faizdən çox, Braziliya və Belçikada isə 54 faizə bərabərdir.
Şirkətin idarəedici direktoru Aksel Paulik konfrans iştirakçılarının diqqətini 2019-cu ildə və ya 2020-ci ilin əvvəlində “IPv4” protokolunda boş ünvanların sayının tükənəcəyinə yönəldib.
Xatırladaq ki, dördüncü internet protokolu versiyası olan “IPv4” ilk dəfə 1981-ci ildə “RFC 791” sənədində təsvir edilib. “IPv4” ilə bağlı problemləri aradan qaldıracaq “IPv6” protokolu isə 1996-cı ildə yaradılıb.
Nizam Nuriyev