Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp: Putin mənim yenidən prezident seçilməyimi istəmir

Tramp: Putin mənim yenidən prezident seçilməyimi istəmir

Tarix: 24 May 2020 23:20

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın yenidən perzident seçilməsini istəmir.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu D.Tramp telejurnalist Şeril Attkinsona verdiyi müsahibəsi zamanı deyib.

D.Tramp bildirib ki, ABŞ-ın gələcək prezidenti Çin və Rusiya ilə bağlı məsələləri həll etməli olacaq: "Mən indiyə qədər Rusiyanın başına gələn ən pis şeyəm və Putin bunu başa düşür".

ABŞ prezidenti bildirib ki, rusiyalı həmkarı ilə yaxşı münasibətləri var, lakin V.Putin onun yenidən prezident seçilməsini istəmir: "Mən elə indi sizə deyə bilərəm. Düşünürəm ki, mən onun xoşuna gəlirəm, lakin mən əminəm ki, o mənim qələbə qazanmağımı istəmir. Çin həmçinin mənim qələbə qazanmağımı istəmir!".


Etiketlər:  Tramp Putin mənim yenidən prezident seçilməyimi istəmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ