Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu gündən muzey və qoruqlarda "açıq qapı" günləri başlayır

Bu gündən muzey və qoruqlarda

Tarix: 25 May 2020 12:15

Bu gündən Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri, muzeylər, tarix-mədəniyyət qoruqlarında "açıq qapı" günləri başlayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, 28 May - Respublika Günü və Ramazan bayramı münasibəti ilə yaranmış qeyri-iş günlərində vətəndaşların asudə vaxtlarının səmərəli təşkil olunması və Azərbaycan xalqının zəngin mədəni irsi və qədim tarixi ilə yaxından tanış olmaq məqsədi ilə 25-28 may tarixlərində adıçəkilən müəssisələrə giriş sərbəst olacaq.

Müəssisələrin fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçiriləcək.

Milli.Az


Etiketlər:  Bu gündən muzey qoruqlarda açıq qapı günləri başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ