Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2020 04:44
Bakı. Trend:
ABŞ ştatı Kaliforniyanın hakimiyyəti koronavirus pandemiyası şəraitində dini mərasimlərin keçirilməsi üçün tövsiyyələr hazırlayıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu mərasimlərdə iştirakçıların sayı 100-ü keçməməli və mərasim imkan daxilində açıq havada keçirilməlidir.
Din nümayəndələrinin yaşlılar üçün xidmətləri yalnız uzaqdan həyata keçirmələri, mərasimlər keçirilərkən hava-damla yolu ilə koronavirusun yayılması təhlükəsi səbəbindən məzmurların xor ifalarından, həmçinin kitablar və ritualların icrası ilə əlaqəli digər əşyalar mübadiləsindən çəkinmək tövsiyə olunur. Kilsədaki skamyalar 2 metrdən yaxın olmayan bir məsafədə yerləşdirilməlidir.
Federal və yerli hakimiyyət orqanlarına əsaslanaraq hesabat aparan Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 1,65 milyondan çox koronavirus infeksiyasına yoluxma hadisəsi qeydə alınıb, 98 mindən çox insan ölüb, o cümlədən 29 mindən çox Nyu-York ştatında və 3,7 min - Kaliforniyada.