Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qualcomm şirkəti 5G dəstəkli yeni büdcəli prosessor modeli üzərində çalışır

Qualcomm şirkəti 5G dəstəkli yeni büdcəli prosessor modeli üzərində çalışır

Tarix: 26 May 2020 07:52

Digital Chat Station ləqəbli çinli insayderin verdiyi məlumata əsasən Qualcomm şirkəti 5G dəstəkli büdcəli prosessor seriyasının yeni modeli üzərində çalışır. Bu barədə Gagadget saytı xəbər verib. Məlumatda qeyd edilib ki, söhbət, Snapdragon 600 prosessor seriyasından gedir. Sözügedən prosessor seriyasının yeni modeli SM6350 kod adına sahibdir və o, 8 nüvə əldə edəcək: 2.246 GHz tezlikli 2 ədəd yüksək performanslı nüvə (çox güman ki, Cortex-A76) və 1.804 GHz tezlikli 6 ədəd nüvə (Cortex-A55).

Bundan əlavə olaraq yeni prosessor modeli Adreno 615 qrafik çipi də əldə etməlidir. Yeni prosessor barəsində digər bir məlumat yoxdur. Sözügedən yeni prosessora sahib olacaq smartfonları bu ilin üçüncü rübündən tez gözləmək lazım deyil. Qeyd etmək lazımdır ki, bu cür prosessor modellərini Qualcomm-dan başqa Huawei və MediaTek şirkətləri də hazırlayır.

Milli.Az


Etiketlər:  Qualcomm şirkəti 5G dəstəkli yeni büdcəli prosessor modeli üzərində çalışır


RƏYLƏR