Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2020 11:46
İtaliya A seriyası çempionatın iyunun 13-dən başlanacağı haqda planı təsdiq edib.
Qol.az “Football Italia”ya istinadən xəbər verir ki, bu barədə qurumun rəhbərliyinin yaydığı bəyanatda bildirilib. Dünən A seriyası rəhbərliyi 20 klubun nümayəndəsinin iştirakı ilə keçirilən videokonfransdan sonra müvafiq qərar verilib.
Əgər yaxın vaxtlarda koronavirus pandemiyasına görə mənfiyə doğru dəyişiklik olmasa, yarış iyunun 13-dən davam etdiriləcək və həmin gün 25-ci tura oynanılmamış aşağıda qeyd edilən matçlarla yekun vurulacaq:
«Atalanta» - «Sassuolo»
«İnter» - «Sampdoriya»
«Torino» - «Parma»
«Verona» - «Kalyari»
İyunun 20-dən isə 26-cı tura start veriləcək.
Bu məsələyə dair yekun rəsmi qərar mayın 29-da İtaliyanın idman naziri, ölkə futbol federasiyası və klubların nümayəndələrinin videokonfransından sonra veriləcək.