Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST: İnsanların 90 faizindən çoxunun koronavirusa yoluxma riski var

ÜST: İnsanların 90 faizindən çoxunun koronavirusa yoluxma riski var

Tarix: 27 May 2020 22:42

Müxtəlif ölkələr tətbiq etdiyi sərt tədbirləri aradan qaldırdıqca koronavirus pandemiyasının yayılma riski də artır.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Tarik Yasareviç deyib.

Onun sözlərinə görə, aparılan təhlillər onu göstərir ki, çox az sayda adamda koronavirusa qarşı anti-cismlər mövcuddur: "İnsanların 90 faizindən çoxunda isə koronavirusa yoluxma riski var. Bu səbəbdən də biz müəyyən qadağaları saxlamalıyıq".

T.Yasareviç bildirib ki, "COVID-19" vaksinin tapılması üçün dünyada çox sayda gərgin işlər aparılır. ÜST-də 100-dən çox vaksin sınaq mərhələsindədir:

"Kliniki sınaqlara keçmək müəyyən qədər zaman alacaq. Bu sınaqlarla biz ilk növbədə tapılan vaksinin təhlükəsiz və effektli olmasına əmin olmalıyıq, lakin bu proses bir neçə ay vaxt aparacaq. Hər şey qaydasında getsə, bir il ərzində vaksinə sahib ola bilərik".


Etiketlər:  ÜST İnsanların faizindən çoxunun koronavirusa yoluxma riski


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ