Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2020 22:56
Baklı. Trend:
Rusiyanın Moskva şəhərinin meri Sergey Sobyanin paytaxtda özünütəcrid rejimini iyunun 14-dək uzadıb.
Trend-in "Lentar.ru"ya istinadən verdiyi məlumata görə, S.Sobyanin bildirib ki, paytaxtda məhdudiyyətlərin yumşaldılması üzrə ikinci mərhələyə keçilməsinə baxmayaraq, koronavirusa yoluxma riski hələ də mövcuddur.
Onun sözlərinə görə, sakinlər əvvəlki kimi maksimum ehtiyyatlı olmalıdırlar.
Mer qeyd edib ki, teatr, muzey, bərbər, restoran və fitnes-klubların açılması üçün hələ tezdir. Bundan əlavə, maska rejimi, sosial məsafə və uzaqdan iş rejimindən də imtina etmək hələ mümkün deyil: "Lakin biz yenə də normal həyata qayıtmaq üzrə növbəti böyük addımı atdıq. Vəziyyət imkan verən kimi digər addımlar da atılacaq".