Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Android 11-də yeni və fərqli 5G şəbəkələri necə adlandırılacaq?

Android 11-də yeni və fərqli 5G şəbəkələri necə adlandırılacaq?

Tarix: 28 May 2020 07:04

Android 11 əməliyyat sistemi təxminlərə görə Avqust və ya Sentyabr aylarında stabil şəkildə istifadəyə veriləcək. Yeni şəbəkə qoşulmalarını dəstəkləyən sistemdə 5G qoşulmalar istifadəçiyə necə göstəriləcək? Bu sualın cavabı bu gün bəlli oldu. Müxtəlif 5G şəbəkələri olduğu üçün hər biri müxtəlif ikonlar vasitəsilə göstəriləcək.

Android 11 əməliyyat sistemi 3 fərqli 5G şəbəkəsini dəstəkləyəcək.

Google bu günlərdə Android 11 haqqında məlumatların verildiyi səhifəsini yenilədi. Beləliklə müxtəlif 5G şəbəkələrinin Android 11-də necə adlandırılacağını öyrənmiş olduq. Google-a görə şəbəkələrin adlandırılması aşağıdakı kimi olacaq:

LTE - sadə 4G şəbəkəsi.
LTE+ - təkmilləşdirilmiş 4G şəbəkəsi və ya 4.5G.
5Ge - LTE Advanced Pro. Əsl 5G deyil, lakin 4G-ə nəzərən daha yüksək sürət verir.
5G - 6 Ghz altında işləyən 5G. 5G-nin vəd etdiyi sürətə çata bilməyən giriş səviyyəsi şəbəkə.
5G+ - Millimetrlik dalğa diapozonu ilə işləyən əsl 5G. Çox yüksək sürətləri dəstəkləyir.
        Yuxarıdakı sıralamaya əsasən yeni texnologiya deyə biləcəyimiz şəbəkələr 5G və 5G+ olacaq. 5Ge isə əslində 4G texnologiyası istifadə edən, lakin 5G-ə yaxınlaşan bir şəbəkə olacaq. 2018-ə qədər AT&T şirkəti LTE Advanced şəbəkəsini 5Ge olaraq adlandırmağa çalışsa da istifadəçilərin ağlını qarışdırmamaq üçün bu fikirdən imtina etdi. Hətta buna görə AT&T şirkətinə məhkəmə iddiaları belə qaldırıldı.

Milli.Az


Etiketlər:  Android 11 yeni fərqli 5G şəbəkələri necə adlandırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ