Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

iPhone 12 seriyası ilə bağlı yeni detallar

iPhone 12 seriyası ilə bağlı yeni detallar

Tarix: 28 May 2020 08:56

Bu ilin sentyabrında təqdimatı gözlənilən iPhone 12 seriyası ilə bağlı yeni detallar üzə çıxıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, iPhone 12 Pro ekran texnologiyasında yenilik edəcək.

Yeni Pro modellərdən ilkinin 6,1 düym OLED ekrana sahib olması gözlənilir. 10 bit rəng dərinliyinin yer alacağı deyilən telefonun yüksək parlaqlıq dəstəyi olacağı da ifadə edilir.

OLED panelin ayrıca qata ehtiyac olmadan şəkilləndirilməsinə imkan verən Y-OCTA texnologiyası sayəsində ekranın daha nazik və daha az istehsal dəyərində olacağı bildirilir.

Modelin ekranının 2532x1170 piksel olacağı iddia edilir. Max modeli də eyni ekran ölçüsündə olacaq.

Milli.Az


Etiketlər:  iPhone 12 seriyası ilə bağlı yeni detallar


RƏYLƏR