Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2020 09:36
Bakı. Trend:
Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 74 nəfər yoluxub.
Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı ölkənin səhiyyə nazirinin müavini Nurbolot Usenbayev deyib.
Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 594 nəfərə çatıb.
Nazir müavini qeyd edib ki, ötən sutka ərzində koronavirusdan 23 nəfər koronavirusdan sağalaraq evə buraxılıb. Ümumilikdə ölkədə 1 066 nəfər koronavirusdan sağalıb.