Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2020 22:40
Koronavirus pandemiyasına görə dayandırılan İtaliya A seriyasının bərpası ilə bağlı qərar yenidən dəyişdirilib.
Qol.az "Football Italia"ya istinadən xəbər verir ki, bu barədə ölkənin idman naziri Vinçentso Spadafora açıqlama verib. O, yarışın əvvəlcədən açıqlandığı kimi, iyunun 13-də yox, 20-də davam etdiriləcəyini deyib. Nazir tam təhlükəsizliyin təmin edilməsi üçün belə qərar verdiklərini deyib.
Qeyd edək ki, buna qədər İtaliya çempionatının iyunun 13-də bərpa olunması planlaşdırılırdı.