Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu şəxslər Zoom-dan ödənişsiz istifadə edə bilməyəcəklər

Bu şəxslər Zoom-dan ödənişsiz istifadə edə bilməyəcəklər

Tarix: 28 May 2020 23:16

Koronavirus pandemiyası dönəmində xeyli auditoriya əldə edən Zoom artıq bəzi ölkələrdə fiziki şəxslərin platformadan ödənişsiz istifadəsini məhdudlaşdırır.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, əsası 9 il öncə qoyulan, ötən il 10 milyon istifadəçisi olan Zoomun auditoriyası bu il 300 milyondur.

Buna baxmayaraq, Zoom Çində yalnız təşkilati hesablara ödənişsiz xidmət göstərəcəyini açıqlayıb. Beləliklə, platforma Çindəki fiziki şəxslərin ödənişsiz hesab açmasını qadağan edib.

Şirkətin bu qərarı digər ölkələrdə də tətbiq edib-etməyəcəyi barədə rəsmi məlumat yoxdur. Mütəxəssislər qadağanın ilk dəfə Çində tətbiq olunmasını əhali sayının çoxluğu ilə əlaqələndiriblər.


Etiketlər:  şəxslər Zoom ödənişsiz istifadə edə bilməyəcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ