Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Süd bioloji qocalmanı yavaşladır

Süd bioloji qocalmanı yavaşladır

Tarix: 28 May 2020 23:42

ABŞ-ın Briqham Yanq Universitetinin professoru Larri Taker yağsız və az yağlı südün böyük insanlarda bioloji yaşlanmanı yavaşlatdığını deyib.

Yeni işdə professor ABŞ-ın Milli Sağlamlıq və Qidalanma Tədqiqatı (NHANES) çərçivəsində bir neçə onilliklər ərzində aparılmış məlumatları araşdırıb.

Taker 20 yaşdan 85 yaşa qədər təxminən 6 min insanın məlumatlarını təhlil edib. O, insanların müxtəlif yağ tərkibli süd istehlakı ilə telomer uzunluğunun azalma sürəti arasındakı əlaqə ilə maraqlanıb.

Qeyd edə ki, telomerlər hüceyrələrin bölünməsi zamanı DNT-ni zərərdən qoruyan xromosomların son hissələridir. Zaman keçdikcə daha qısa olur və bir müddət sonra DNT-ni qorumaq qabiliyyətini itirir, buna görə bədəndə müxtəlif növ nasazlıqlar və yaşla əlaqədar dəyişikliklər baş verir. Telomer uzunluğunun insanın bioloji yaşlanmasının göstəricisi olduğu çoxdan sübut edilib.

Taker tərəfindən öyrənilən nümunədən, iştirakçıların təxminən yarısı inək südünü gündə, başqa dörddə biri ən azı həftədə bir dəfə istehlak edir.

Könüllülərin üçdə bir hissəsindən az bir hissəsi 3% yağlılığı olan süd içib, digər 30%-i 2% yağ tərkibi olan süd içib. Bununla yanaşı, iştirakçıların 10%-i 1%, digər 17% -i isə yağsız (yağ tərkibi 0,5%-ə qədər) süd içib. Təxminən 13% isə inək südünü heç içməyib.

Məlumatların təhlili göstərib ki, yağ tərkibi az olan (1% və ya daha az) süd istehlak etməyə öyrəşmiş insanlar, bioloji baxımdan yağ tərkibi 2% və daha çox olan süd içənlərə nisbətən daha yavaş qocalırlar.

Beləliklə, 2%-lik süd istehlak edən könüllülərdə telomerlər 1% yağ tərkibi olan süd istehlak edənlərə nisbətən 69 baza cütü daha qısa olub. Bioloji yaşlanma baxımından bu, 4 ildən çox fərqə bərabərdir.

Tam yağlı süd istehlak edən insanlarda telomerlər, yağsız südü sevənlərdən 145 baza cütü daha qısa olub.


Etiketlər:  Süd bioloji qocalmanı yavaşladır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ