Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qədim milli alətlərimiz" rubrikasından Qolça qopuz aləti haqqında mühazirə

Tarix: 29 May 2020 12:18

Beynəlxalq Muğam Mərkəzi "Qədim milli alətlərimiz" rubrikasından Qolça qopuz aləti haqqında mühazirəni təqdim edib.

Beynəlxalq Muğam Mərkəzi muzey hissəsindən qədim musiqi alətləri ekspozisiyasında yer alan alətlər haqqında sosial şəbəkələrdəki hesablarından onlayn  mühazirələri davam etdirir.   AMK-nın "Milli musiqi alətlərinin təkmilləşdirilməsi" laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov bu dəfə qolça qopuz haqqında məlumatı təqdim edib. Bildirib ki, bu alət haqqında tədqiqatçı alimlər öz məqalərində məlumat veriblər . Bunun nəticəsində yaylı, bəm ozan qopuzu növləri yaradılmışdır.

Mərhum tədqiqatçı alim Məcnun Kərimov öz qeydlərində bildirir ki, Dədə Qorqudun qolça qopuzu adından da göründüyü kimi qolda gəzdirilib. Deyilənə görə, qolça qopuzu Dədə Qorqud icad edib. Əvvəlcə düzəltdiyi alət alınmır, çünki seçdiyi alət düz seçilməyibmiş. Qopuz üç simli imiş, burada üç sim o dünyanı, yerüstü aləmi və kainatı bildirir. Hər bir alət dövrün tələbinə görə inkişaf edib. 9-cu əsrdə qopuzun qolu uzadılıb, alətin kəlləsində də dəyişikliklər edilib, hər simin yanına birisi əlavə edilib. Bugünki qopuz aləti də günün tələbinə uyğun olaraq təkmilləşdirilərək istifadə olunur . Bu gün qolça opuz aləti BMM-nin "Qədim milli musiqi alətləri" ekspozisiyasında nümayiş olunur və Mərkəzi ziyarət edən hər kəs bu qədim alətimizlə tanış olmaq imkanı qazanır. 

Layihənin məqsədi milli musiqi alətlərimizi böyük auditoriyaya tanıtmaqdır. Qeyd edək ki, BMM elmi tədqiqat və araşdırma yönlü fəaliyyəti nəticəsində bu günə kimi  "Dəyirmi masa" layihəsi çərçivəsində muğam sənətimizin və musiqinin müxtəlif janrlarını əhatə edən, milli musiqi alətlərimizin tarixi və problemlərinə həsr olunan elmi-praktiki konfrans və müzakirələr keçirib və bu fəaliyyət  mütəmadi olaraq uğurla inkişaf olaraq davam olunmaqdadır .

Milli.Az


Etiketlər:  Qədim milli alətlərimiz rubrikasından Qolça qopuz aləti haqqında mühazirə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ