Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

5G texnologiyasından qoruyan USB: Elmi yanaşma, yoxsa daha bir fırıldaq?

5G texnologiyasından qoruyan USB: Elmi yanaşma, yoxsa daha bir fırıldaq?

Tarix: 30 May 2020 08:04

Koronavirus pandemiyası ortaya çıxandan 5G texnologiyasına qarşı çıxanların sayı xeyli artıb. Bəziləri hesab edir ki, pandemiyanın ortaya çıxmasının səbəbi sözügedən texnologiyadır.

Milli.Az ted.az-a istinadən bildirir ki, bundan dolayı 5G-dən qoruduğu iddia edilən 5GBioShield USB-si ortaya çıxıb.

Koronavirusun yayılmasında 5G-nin təsiri olduğuna dair konspirasiyaları fürsətə çevirən fırıldaqçılar İngiltərədə 5GBioShield USB-ni satışa çıxarıblar. 340-410 dollar aralığında qiymətə sahib bu cihazın "kvant holoqrafik katalizator texnologiyası" vasitəsilə 5G-dən qoruduğu iddia edilir.

Qısa müddətdə böyük maraq toplayan 5GBioShield USB-nin saxta olduğu sübut edilib. Daxilində 128MB yaddaş çipi olan cihazın ümumi dəyəri əslində təxminən 6 dollardır.

Milli.Az


Etiketlər:  5G texnologiyasından qoruyan USB Elmi yanaşma yoxsa daha bir fırıldaq


RƏYLƏR