Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təxminən 2 milyard Android smartfonu haker hücumu təhlükəsi altındadır

Təxminən 2 milyard Android smartfonu haker hücumu təhlükəsi altındadır

Tarix: 30 May 2020 08:44

Sadəcə Android 10 istifadəçilərinin bəxti gətirib.

Məlum olduğu kimi, kompüter təhlükəsizliyi tədqiqatçılarından ibarət Promon komandası bu anda təxminən iki milyard Android smartfonun hakerlər tərəfindən təhdid edildiyini aşkar edə bilib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Stranghogg 2.0 adlı verilən yeni zəiflik özünü Android tətbiqetmələrinə bənzədə bilir.

Beləliklə, təcavüzkarlar istifadəçilərə "təhlükəli imtiyazlar və müxtəlif vacib məlumatlar" vermək adı ilə aldada bilərlər. Qeyd etmək lazımdır ki, Stranghogg 2.0 onuncu versiyasına qədər tamamilə Android əsaslı bütün qurğularda işləyir.

Google şirkətinin bir il əvvəlki araşdırmasına görə, dünyada 2.5 milyard Android cihazı aktivdir. Bu ilin aprel ayına olan məlumata görə isə istifadəçilərin yalnız 16%-i Android 10 versiyasından istifadə edir. Bu isə o deməkdir ki, təxminən 2 milyard insan risk altındadır.


Etiketlər:  Təxminən milyard Android smartfonu haker hücumu təhlükəsi altındadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ