Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2020 16:35
Aparıcı Lalə Azərtaşın ailəsində ağır itki üz verib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, aparıcının dayısı dünyasını dəyib. Bu haqda L.Azərtaş özü məlumat verib.
Aparıcı dayısı ilə fotolarını yayımlayaraq "İlqar dayım... Dayı, niyə belə sürpriz etdin? Adam belə işə imza atar? Deyirlər, yaxşı oğul dayısına bənzəyər. Mən də sənə bənzəyirdim. Allahın məsləhətinə hamımız tabeyik, amma çox çətindi. 3 gündür yoxluğunla barışmıram. Ölənə qədər də çətin barışam. Sənlə necə fəxr edirdim. Ölüm sənə heç yaraşmadı. Sən evdən yox, eldən getdin. Müəyyən müddət bu səhifəyə daxil olmayacam" sözlərini yazıb.