Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2020 20:27
Dövrümüzün xəstəliyi olaraq adlandırılan xərçəngin indiki vaxtda bir çox məşhur növü var. Bunlardan biri də ağciyər xərçəngidir. Mövzu haqqında araşdırma aparan bir qrup elm insanı, qatıq və lifli ərzaqlar ilə qidalanmağın ağciyər xərçəngi riskini azaltdığını kəşf etdi.
Vanderbilt Universiteti və Seul Milli Universitetindən araşdırmaçıların yeni araşdırması, qatığın daha bir faydasını göstərdi. Avropa və Asiyadan bəzi ölkələrdən insanların daxil olduğu, bununla yanaşı ABŞ-dan da iştirakın təmin edildiyi yeni araşdırmaya görə, lifli qidalar və qatığı tez-tez istehlak edənlərin ağciyər xərçənginə tutulma riski azalır.
Dünyada 1,4 milyon adamdan alınan məlumatlarla aparılan araşdırmada qatığın və lifli qidaların ağciyər xərçənginə qarşı qoruma meydana gətirə biləcəyi göstərildi. İnsanları istehlak etdikləri lifli qida və qatıq miqdarına görə 5 sinifə ayıran araşdırmaçılar, qatıq və lifli qidaları ən az istehlak edən qrupun, ən çox istehlak edən qrupa görə ortalama olaraq 33% daha çox ağciyər xərçəngi riskinə sahib olduğunu kəşf etdilər.
Xərçəng mövzusunda aparılan araşdırmalarla tanınan prof. Ksiao-Ou Şu bu barədə belə deyib: "İşimiz, yüksək nisbətdə lifli qidaların və qatığın təklif edildiyi pəhriz siyahılarını dəstəkləyən nəticələrə sahibdir".