Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiya dövründə gənclər arasında bu xəstəlik artıb- Covid-19-un ən ölümcül əlaməti

Pandemiya dövründə gənclər arasında bu xəstəlik artıb- Covid-19-un ən ölümcül əlaməti

Tarix: 30 May 2020 22:12

COVİD-19-un gənclər üçün ölümcül simptomu məlum olub.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, ABŞ-ın Corc Meyson Universitetinin alimlərinin apardığı araşdırmaya görə, 40 yaşdan aşağı xəstələr üçün koronavirusun ən qorxulu, ölümcül əlaməti insultdur.    

Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova bildirib ki, belə xəstələr üçün "ilk və son" simptom insult ola bilər:
"Bilmək vacibdir ki, hiperkoaqulyasiya (laxtalanma sisteminin artan aktivliyi) tez-tez, xüsusən də asimptomatik və aşağı simptomatik xəstələrdə COVID-19-un yeganə əlamətidir".

Onun sözlərinə görə, epidemiya dövründə ürək-damar patologiyaları olan gənclərin sayı son iki ilin analoji dövrləri ilə müqayisədə yeddi dəfə artıb.

Qeyd edək ki, koronavirusun insult riskini artırması barədə araşdırmalar, məlumatlar var. Məlumatlara görə, hər yüz COVİD-19 xəstəsindən 5-6-da insult qeydə alınır.


Etiketlər:  Pandemiya dövründə gənclər arasında xəstəlik artıb Covid ölümcül əlaməti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ