Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arbeloa "Real Madrid"in baş məşqçisi olacaq

Arbeloa

Tarix: 31 May 2020 16:10

Alvaro Arbeloa "Real Madrid"in aşağı yaş qruplarından birinin baş məşqçisi olacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,rəhbərlik artıq bu barədə qərar qəbul edib. Lakin Arbeloanın akademiya daxilindəki 13 komandadan hansını çalışdıracağı hələlik bəlli deyil. 37 yaşlı məşqçi bir müddət əvvəl Pro lisenziyası almışdı. Təlim prosesinin gedişində o, "Real Madrid"in akademiyasında təcrübə keçmişdi.

Qeyd edək ki, Arbeloa 2002-2006 və 2009-2016-cı illər aralığında Madrid klubunda oynayıb.

Milli.Az


Etiketlər:  Arbeloa Real Madridin baş məşqçisi olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ