Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Görkəmli aktrisa Leyla Bədirbəylinin 100 illiyi münasibətilə poçt markası buraxılıb (FOTO)

Görkəmli aktrisa Leyla Bədirbəylinin 100 illiyi münasibətilə poçt markası buraxılıb (FOTO)

Tarix: 31 May 2020 18:36

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən Azərbaycanın görkəmli aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası hazırlanıb.

Nazirlikdən Trend-ə bildirilib ki, dizaynı “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanmış markanın üzərində qrafik şəkildə aktrisanın portreti əks olunub. 16 (4x4) markadan ibarət vərəqdə markaların şaquli düzülüşü kino lentini xatırladır. Bu düzülüş əsasında hər markaya 1 bütöv, 2 yarımçıq “kadr” düşür.

Markalar Belarusun “Bobruisk Integrated Printing House” mətbəəsində 300 min tirajla çap olunub. Eyni zamanda, 200 ədəd “Birinci gün” zərfləri hazırlanıb.

Görkəmli aktrisa Leyla Bədirbəylinin 100 illiyi münasibətilə poçt markası buraxılıb (FOTO) - Gallery Image Görkəmli aktrisa Leyla Bədirbəylinin 100 illiyi münasibətilə poçt markası buraxılıb (FOTO) - Gallery Image


Etiketlər:  Görkəmli aktrisa Leyla Bədirbəylinin illiyi münasibətilə poçt markası buraxılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ