Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Renat “Vulverhempton”un əsas komandasında

Renat “Vulverhempton”un əsas komandasında

Tarix: 1 Iyun 2020 11:02

Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi “Vulverhepmton” hücumçusu Brayt Enobokare ilə yollarını ayırıb.

Qol.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, iki ildə qol hesabını aça bilməyən nigeriyalı forvardın  müqaviləsi yenilənməyib.

Baş məşqçi Nunu Eşpiritunun klubun U-23 komandasında çıxış edən hücumçular - Raul Ximenes, Leonardo Kampanya və Renat Dadaşova üstünlük verəcəyi qeyd olunub.

Qeyd edək ki, “Vulverhempton”un əsas komandasında debüt etməyən 21 yaşlı Dadaşov bu mövsüm U-23-də ümumilikdə 7 qol vurub.
 


Etiketlər:  Renat Vulverhemptonun əsas komandasında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ