Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Premyer Liqası: təqvim necə olacaq?

Azərbaycan Premyer Liqası: təqvim necə olacaq?

Tarix: 1 Iyun 2020 15:40

İyunun 21-dən bərpa olunacaq Azərbaycan Premyer Liqasının hər turunun bütün oyunları böyük ehtimalla eyni gündə keçiriləcək.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki,Peşəkar Futbol Liqasının (PFL) klublara təqdim etdiyi təqvimdə bu, əsas təklif olaraq keçir. Hər turun 4-5 gündən bir keçirilməsi və mövsümün avqustun 2-dək yekunlaşdırılması nəzərdə tutulur. Hazırda AFFA, PFL və klublar təqvimi müzakirə edir. Bu gün və ya sabah təqvimin təsdiqlənərək futbol ictimaiyyətinə təqdim ediləcəyi gözlənilir.

Bundan başqa, AFFA və PFL matçlar zamanı sosial məsəfələrin gözlənilməsi, komandaların gigiyenik qaydalara əməl etməsi və s. qaydalar da hazırlayır.

Bəs birinci divizion?

Premyer Liqa və kubokun keçiriləcəyi qətiləşsə də, eyni sözləri birinci diviziona aid etmək olmur. Əldə etdiyimiz digər xəbərə görə, AFFA, PFL və klub nümayəndələrinin iştirakı ilə dünən keçirilən videokonfransda bu məsələyə toxunulub, amma xüsusi müzakirə edilməyib. Hazırda da birinci divizionun bərpası çox nəzərdən keçirilmir. Ona görə də yarışın davam etdirilib-etdirilməyəcəyi bu gün üçün dəqiq deyil.


Etiketlər:  Azərbaycan Premyer Liqası təqvim necə olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ