Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2020 19:58
Azərbaycan birinci divizionunda bu mövsüm vaxtından əvvəl başa çatdırılıb.
Qol.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Belə ki, xüsusi karantin rejimi nəzərə alınaraq, bu gün AFFA-nın İcraiyyə Komitəsini üzvlərindən telefon zəngi vasitəsilə Birinci Divizion, Gənclər Liqası və digər məsələlər barədə münasibət öyrənilib.Birinci Divizionda çıxış edən klubların müxtəlif regionları təmsil etməsi, yay mövsümü ilə əlaqədar oyunların axşam saatlarında keçirilməsi zərurətinin yaranması və bəzi stadionlarda infrastrukturun (işıqlandırma sisteminin) müvafiq tələblərə cavab verməməsi, iştirakçı klublarla aparılmış müzakirələr nəzərə alınaraq, Birinci Divizionda mövsüm dayandırılıb, hazırkı turnir cədvəlinə uyğun olaraq qalib elan olunub. Bu isə o deməkdir ki, "Turan Tovuz" 37 xalla turnirin qalibi olub.
Bundan başqa, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar təxirə salınmış Gənclər Liqasında oyunların keçirildiyi stadionlarda infrastruktur amilləri nəzərə alınaraq, mövsüm dayandırılıb, hazırkı turnir cədvəlinə əsasən qalib elan olunub. Gənclər Liqasında qalib "Qəbələ" elan edilib.