Tarix: 2 Iyun 2020 00:52
Almaniya Bundesliqasında 29-cu tura yekun vurulub. Qol.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçirilib.
“Köln” doğma meydanda “Leyptsiq”lə qarşılaşıb. Altı qolun vurulduğu oyunda qonaqlar qalib gəıib - 4:2.
1 iyun
"Köln" – "Leyptsiq" - 2:4
Qollar: Kordoba, 7 (1:0), Şik, 20 (1:1), Nkunku, 38 (1:2), Verner, 50 (1:3), Modeste, 55 (2:3), Olmo, 57 (2:4)
Bu nəticədən sonra "Leyptsiq" 58 xalla 3-cü, "Köln" 34 xalla 11-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 67 xalla "Bavariya" başçılıq edir.