Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2020 12:28
Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti 2 ildən 1 ilə azaldılıb.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, qanunun 8.1-ci maddəsində "2 il" sözləri "1 il" sözləri ilə əvəz edilir.
Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.