Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 05:28
Bakı. Trend:
ABŞ Venesuelaya neft tədarük edən 4 şirkətə qarşı sanksiyalar tətbiq edib.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Maliyyə Nazirliyinin bəyanatında deyilir.
Maliyya naziri Stiven Mnuçin qeyd edib ki, ABŞ bu "korrupsiya rejimini dəstəkləyənləri və Venesuela xalqının davamlı əzab çəkməsinə töhfə verənləri təqib etməyə davam edəcək".
Məlumata əsasən, sanksiyalar həmçinin bu şirkətlər tərəfindən istifadə edilən dörd neft tankerinə də qarşı tətbiq edilib.
Bildirilir ki, Vaşinqtonun sanksiyalar tətbiq etdiyi şirkətlərdən üçü Marşal adalarında, biri isə Yunanıstanda qeydiyyatdadır.