Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 10:12
Bakı. Trend:
Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 26 nəfər yoluxub.
Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı ölkənin səhiyyə nazirinin müavini Nurbolot Usenbayev deyib.
Onun sözlərinə görə, ölkədə infeksiyaya yoluxanların ümumi sayı 1 871 nəfərə çatıb.
Nazir müavini qeyd edib ki, ötən sutka ərzində 46 nəfər koronavirusdan sağalaraq evə buraxılıb. Ümumilikdə ölkədə 1 265 nəfər COVİD-19-dan sağalıb.