Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıya yeni gətirilən metro qatarlarının ÖZƏLLİYİ - fərqli kondisioner sistemi və... (FOTO/VİDEO)

Bakıya yeni gətirilən metro qatarlarının ÖZƏLLİYİ - fərqli kondisioner sistemi və... (FOTO/VİDEO)

Tarix: 11 Iyun 2019 13:33

Bakı. Samir Əli - Trend:

“Bakı Metropoliteni” QSC ilə Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyəti arasında bu ilin əvvəlində bağlanmış müqaviləyə əsasən istehsal edilmiş 10 vaqon artıq Bakıdadır.

Trend-in məlumata görə, "Transmaşholdinq" Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə görə, il ərzində “Bakı Metropoliteni” üçün daha 20 vaqon istehsal ediləcək. Həmin şirkətin tərkibinə daxil olan "Metrovaqonmaş” ASC-nin istehsal etdiyi 81-765. B81-/766.B modelli bu vaqonlar innovasiyalar baxımından ən müasir – 4-cü nəslə aiddir.

Sazlama və sınaq işlərindən sonra istifadəyə veriləcək yeni 10 vaqon əvvəlki nümunələrindən xeyli fərqlənir. Yeni vaqonların qapıları daha enlidir, açılıb-bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib. Bundan başqa, vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyasına, kondisioner, ventilyasiya sisteminə, sərnişinlərin elektron qurğularının doldurulması üçün USB portlara malikdir. Baş vaqonlarda əlil arabacıqları üçün yerlər ayrılıb.

İstehsal zamanı sifarişçi kimi "Bakı Metropoliteni" QSC-nin texniki şərtləri xüsusi nəzərə alınıb. Bu xüsusda orijinal qrafikalı işıq sxemi yerli informasiya sisteminə uyğunlaşdırılıb. Əsas yeniliklərdən biri kimi kondisionerlərin Bakının iqlim şəraitinə uyğunlaşdırılması qeyd oluna bilər. Soyutma sistemi daha yüksək keyfiyyət göstəriciləri ilə təmin olunub. Həmçinin "Bakı Metropoliteni"nin yol relyefinin mürəkkəbliyi və profili nəzərə alınaraq, bütün vaqonlar dartı mühərriki ilə təmin edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıya yeni gətirilən metro qatarlarının ÖZƏLLİYİ fərqli kondisioner sistemi FOTOVİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ