Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcəklər

Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcəklər

Tarix: 3 Iyun 2020 19:57

İyunun 24-də Moskvada keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti təmsil edəcək.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, paradda hərbçilərimizin ölkəmizin istehsalı olan silahlarla təntənəli keçidi olacaq.

Mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edəcək.

Milli.Az


Etiketlər:  Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcəklər


RƏYLƏR