Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vakansiyaların gizlədilməsi ilə bağlı sorğuların 75%-i əsassız olub

Vakansiyaların gizlədilməsi ilə bağlı sorğuların 75%-i əsassız olub

Tarix: 4 Iyun 2020 09:26

Təhsil müəssisələrində gizlədilmiş vakansiyalarla əlaqədar ötən dövrlərdə edilmiş müraciətlərin araşdırılması nəticələrinin təhlili göstərir ki, həmin sorğuların təqribən 75%-i əsassız xarakter daşıyıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

O qeyd edib ki, geridə qalan illər ərzində ictimai nəzarətin dəstəklənməsinin nəticəsidir ki, məktəblərdə vakansiyaların gizlədilməsi halının gələcək perspektivi çox aşağıdır.

Nazirlik rəsmisinin sözlərinə görə, ən ciddi çatışmazlıq vakant yerlərin gizlədilməsi ilə əlaqədar vətəndaşlarda daim narahatlığın olmasıdır. Müxtəlif dövrlərdə vətəndaş müraciətlərinin araşdırılaraq tədbir görülməsi istiqamətində İnsan Resursları Mərkəzi tərəfindən işlər görülüb:

"Nümunəvi vətəndaşların sayıqlığı sayəsində neqativ halların əksəriyyəti aşkara çıxarılır. Yerli təhsili idarəetmə orqanlarında ali dəyərlərə xidmət etmək istəyən çalışqan əməkdaşların olması və onların sıralarının mütəmadi genişlənməsi sevindirici haldır. Gizlədilmiş vakansiyalarla əlaqədar araşdırma prosesində həmin əməkdaşlarla birgə fəaliyyətdə olmaqdan məmnunluq hissi duyarıq. Çalışdığı rayon (şəhər) üzrə gizlədilmiş vakansiyalarla əlaqədar vətəndaş müraciətlərinin dinlənilməsi, araşdırılması və nəticəsi barədə şikayət müəllifinə məlumat verilməsi sahəsində İRM ilə əməkdaşlıq istəyində və marağında olan yerli təhsili idarəetmə orqanlarındakı dəyərli həmkalarımız öz adlarını təqdim edə bilərlər".


Etiketlər:  Vakansiyaların gizlədilməsi ilə bağlı sorğuların əsassız olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ