Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabiq "Playboy" modeli Rumıniya klubunu aldı - FOTO

Sabiq

Tarix: 4 Iyun 2020 11:20

Sabiq "Playboy" modeli - məşhur futbol agenti Anamariya Prodan Ruminiyanın "Hermanştadt" klubununn yeni sahibi olub.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "Twitter" hesabında jurnalist Emanuel Roşu yayıb.

Roşu Azərbaycanda oynamış bir sıra legionerlərin də meneceri olan Prodanın stadionu ziyarət etdiyi fotonu da paylaşıb.

Futbolçulara 700 min avro borcu olan "Hermanştadt" maddi problemlər üzündən satılıb. 
2015-ci ildə yaradılan Sibiu təmsilçisi Ruminiya çempionatının geridə qalan 26 turunda 25 xal yığıb. Sözügedən komanda hazırda turnir cədvəlində 10-cu pillədədi.

Milli.Az


Etiketlər:  Sabiq Playboy modeli Rumıniya klubunu aldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ