Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni “Nokia” televizoru nümayiş olunub

Yeni “Nokia” televizoru nümayiş olunub

Tarix: 4 Iyun 2020 16:06

Bu gün 43 düym diaqonallı yeni “Nokia Smart TV” modelinin təqdimatı keçirilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “4K” (3840 × 2160 piksel) təsvir ölçülü ekranla təchiz olunan televizorun horizontal baxış bucağı 170 dərəcə, parlaqlıq və kontrastlıq göstəriciləri 400 kandel/kvadratmetr və 1200:1 təşkil edir.

 

Yeni TV modeli 24 vatlıq dinamiklərə malik keyfiyyətli “JBL” audiosistemi, “Dolby Audio” və “DTS Trusurround” texnologiyaları dəstəyi ilə təchiz olunub. Bundan başqa, dinamik səhnələrin nümayişi zamanı bulanıqlığı aradan qaldıran və görüntünün rəvanlığını artıran “MEMC” (Motion Estimation, Motion Compensation) texnologiyası tətbiq edilib.

 

Panelin proqram təminatı 1 giqaherslik dörd “Cortex-A53” hesablayıcı nüvəyə malik prosessor və “Mali 450MP4” qrafik sürətləndiricisindən ibarətdir. Qurğunun operativ yaddaş tutumu 2,25 giqabayt, quraşdırılmış yaddaşı 16 giqabayt təşkil edir.

 

Həmçinin “Wi-Fi 802.11a/b/g/n (2,4 QHs) və “Bluetooth 5.0” simsiz rabitə adapterləri, kompüter şəbəkəsinə simli qoşulma üçün “Ethernet” kontrolleri, üç “HDMI” interfeysi, bir “USB 2.0” və bir “USB 3.0” portu nəzərdə tutulub.

 

Televizor “Android TV 9.0” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

 

Təxmini qiyməti 420 dollara bərabər yeni “Nokia” televizoru üçün ilkin sifarişlərin qəbuluna iyunun 8-dən etibarən başlamaq planlaşdırılır.

 

Nizam Nuriyev




Etiketlər:  Yeni Nokia televizoru nümayiş olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ