Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi ilk oyunu buraxa bilər

Messi ilk oyunu buraxa bilər

Tarix: 4 Iyun 2020 16:54

"Barselona"nın hücumçusu Lionel Messi La Liqanın bərpasından sonrakı ilk matçı buraxa bilər.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, argentinalı futbolçu komandanın son məşqlərin birində bud əzələsində narahatlıq hiss edib. 32 yaşlı oyunçu ötən gün komanda ilə birgə məşq edə bilməyib. Onun "Malyorka" ilə görüşdə iştirakı sual altındadır.

Qeyd edək ki, İspaniya La Liqasının iyunun 11-də bərpa olunacaq. "Barselona" isə "Malyorka" ilə iyunun 13-də qarşılaşacaq.

 


Etiketlər:  Messi ilk oyunu buraxa bilər


RƏYLƏR