Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polis Bakıda əməliyyat keçirdi, evdən silah aşkarlandı

Polis Bakıda əməliyyat keçirdi, evdən silah aşkarlandı

Tarix: 5 Iyun 2020 09:30

Bakı. Samir Əli - Trend:

Bakıda silahlı şəxs yaxalanıb.

Trend-in məlumatına görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında rayonun Binə qəsəbəsində yaşayan Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Nicat Əbdülrəhmanovun evində axtarış aparılıb.

Axtarış zamanı onun həyətində torpağa basdırdığı “TT” markalı tapança və 24 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Polis Bakıda əməliyyat keçirdi evdən silah aşkarlandı


RƏYLƏR