Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2019 17:48
Bakı. Trend:
İyunun 10-da Xəyal adasında “Super Sun” yağ markasının təşkilatçılığı ilə hazırlanan “Super Analar” layihəsinin açılış mərasimi keçirilib.
Yenilikləri və sosial layihələri ilə daim seçilən “Super Sun” markası bu dəfə mətbəxlərimizə hər kəsin sevərək izlədiyi bloggerlərlə birlikdə gələcək.
Layihə zamanı blogerlik fəaliyyətləri ilə sevilən məşhur simalar mətbəxdə müxtəlif yeməklər və şirniyyatlar hazırlayaraq, xüsusi reseptlərini “Super Sun” markasının sosial media kanallarının izləyiciləri ilə paylaşacaq.
Sadəcə yemək hazırlamaqla kifayətlənməyən #SuperAnalar eyni zamanda mətbəxdə tətbiq etdikləri praktik üsulları, kiçik mətbəx sirlərini, uşaqlara yeməyi sevdirməyin yollarını və s. məlumatları da təqdim edəcəklər.
“Super Sun” yağı özünəməxsus təamı ilə bütün yeməklərə və şirniyyatlara mükəmməl yaraşdığı üçün illərdir mətbəxlərimizin əvəzedilməz üzvüdür.
Əziz xanımlar, “Super Sun” markasının Youtube, Facebook və Instagram kanalları vasitəsilə “Super Analar” layihəsini izləyərək həm yeni praktik məlumatlar öyrənə, həm də ailəniz üçün sevilən ləzzətli yeməklər hazırlaya bilərsiniz. Anaların hazırladığı yeməklərin və şirniyyatların reseptləri eyni zamanda www.neyeyek.az saytında yerləşdiriləcək.
www.neyeyek.az saytında Siz dünya mətbəxlərinə məxsus maraqlı və dadlı yemək reseptləri əldə edə, günün fərqli saatlarına uyğun asan hazırlanan, faydalı və ləzzətli reseptlər öyrənə bilərsiniz. Saytın digər üstünlüyü isə burada hər kəsin qeydiyyatdan keçərək reseptlərini paylaşa bilməsi və paylaşdığı reseptlərlə yarışmalarda qalib olmaq şansı qazanmasıdır.
Qeyd etmək istərdik ki, “Super Analar” layihəsi mütəmadi şəkildə yeni və fərqli konseptlərlə qarşınıza gələcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin